Rusiyanın Tomsk şəhərində ticarət mərkəzində güclü yanğın olub.

"Unikal"ın məlumatına görə, yanğın 5 min kvadrat metrlik sahəni əhatə edib.

Ticarət mərkəzinin 3 500 kvadrat metrlik sahəsinin damı uçub. Binada olan bütün işçilər və müştərilər təxliyə olunub.

Ümumilikdə 200 nəfərin çıxarıldığı deyilir. Yanğının qarşısının alınması üçün 30-dan çox texnika cəlb edilib.