"Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaqla bağlı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olmuş 929 müraciətin 441-i investisiya layihələri, 488-i isə podrat əsaslı layihələrlə bağlı olub".

"Unikal" xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib. 

O bildirib ki, müraciətlərin 27%-i tikinti, 27%-i ticarət və xidmət, 20%-i sənaye, 18%-i kənd təsərrüfatı, 8%-i isə turizm, səhiyyə, təhsil, mədəniyyət, logistika sahələrini əhatə edib: 

"Bundan başqa, müraciətlərin 111-i Şuşa, 108-i Ağdam, 62-si Füzuli, 49-u Kəlbəcər, 25-i Xocavənd, 25-i Cəbrayıl, 28-i Zəngilan, 21-i Qubadlı, 13-ü isə Laçına investisiya yatırılması ilə bağlı olub. 485 müraciətçi isə Qarabağın istənilən ərazisində biznes qurmaqda maraqlı olduğunu bildirib".

Anar Kəlbiyev