Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

“Unikal" xəbər verir ki, layihəyə əsasən, Məhkəmə Hüquq Şurasının təklifləri nəzərə alınaraq aşağıda adları sadalanan apelyasiya məhkəmələrinə hakimlər təyin edilib. 

Bakı Apelyasiya Məhkəməsi üzrə: 

Hüseyn Cavid Vaqif oğlu 

Oruczadə Aytən Pənah qızı 

Gəncə Apelyasiya Məhkəməsi üzrə: 

Həsənov İslam Telman oğlu 

İsgəndərova Aygül Vulqar qızı 

Sumqayıt Apelyasiya Məhkəməsi üzrə: 

Məmmədov Zahid Tahir oğlu 

Şəki Apelyasiya Məhkəməsi üzrə: 

Cavadova Günay İsmayıl qızı 

Şirvan Apelyasiya Məhkəməsi üzrə: 

Abdullayev İlkin Qismət oğlu 

İsmayılov Orxan Nadir oğlu. 

Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.