Ali təhsil sistemində ümumilikdə 150 minə yaxın tələbə təqaüdlə əhatə olunur.

"Unikal" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

Şöbə müdiri bildirib ki, onlardan 15,5 faizi əlaçı, 23,1 faizi həvəsləndirici, 61,4 faizi isə sadə təqaüd alır.