Rusiyada son sutka ərzində daha 15 903 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
"Unikal" xəbər verir ki, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 10 570 212 nəfərə çatıb.
Son sutka ərzində 834 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 312 287 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.