Çin Xalq Respublikasının Sədri Si Cinpin silahlı qüvvələrin təlimləri üçün səfərbərlik elan edib.
"Unikal" xəbər verir ki, Çin silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın da sədri olan Si Cinpinin səfərbərlik haqqındakı sərəncamı Çin ordusunda 2022-ci il üçün təlimlərin başlanğıcı hesab edilir.
Sərəncamda bildirilir ki, silahlı qüvvələr texnologiyanın, müharibələrin və rəqiblərin inkişafını diqqətlə izləməli, döyüş əməliyyatları ilə təlimləri daha yaxşı əlaqələndirmək üçün səylərini ikiqat artırmalı, həmçinin elit qüvvələrin təkmilləşdirilməsi üçün texnologiyaların sistematik təlimini və istifadəsini gücləndirməlidir.