"Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə orqanları gərgin iş aparır".
"Unikal" xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün səhər prezident administrasiyası, Təhlükəsizlik Şurası və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi müşavirədə deyib.
"Ölkənin bütün bölgələrində konstitusiya quruluşu bərpa olunur. Yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir. Lakin terrorçular hələ də vətəndaşların əmlakına ziyan vurmaqla silahdan istifadə edirlər. Ona görə də yaraqlılar tam məhv edilənə qədər antiterror əməliyyatlarını davam etdirmək lazımdır", - deyə Tokayev bildirib.
İclasda ölkənin operativ vəziyyəti, antiterror əməliyyatının gedişi, regionlardakı vəziyyət müzakirə edilib.
Gülayə Mecid