Qazaxıstanda bütün icra hakimiyyəti binaları azad edilərək gücləndirilmiş mühafizəyə götürülüb.
"Unikal" xəbər verir ki, bunu Qazaxıstanın Daxili İşlər Nazirliyi açıqlayıb.
“Respublika üzrə tətbiq olunan fövqəladə vəziyyət çərçivəsində tədbirlər həyata keçirilir. Ölkə ərazisində gecə-gündüz fəaliyyət göstərən 70 blokpost yaradılıb”, - nazirlikdən qeyd olunub.
Məlumata görə, paytaxt Nur-Sultana silah keçirmək cəhdlərinin qarşısı alınıb. Hüquq-mühafizə orqanları silah daşıyan avtobusları saxlayıb.
Bundan başqa, Almatının mərkəzi meydanında atışma getdiyi bildirilib.