"Qazaxıstan yerli və xarici quldurlar və terrorçularla mübarizə aparmalı olub".
"Unikal" xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
"Biz həm yerli, həm də xarici silahlı və təlim keçmiş quldurlarla mübarizə aparmalı olduq. Məhz terrorçu quldurlarla. Ona görə də onları məhv etmək lazımdır", - prezident çıxış Aedib.
Prezident ölkədə konstitusion hakimiyyətin tədricən bərpa olunduğunu, situasiyanın nəzarətə götürüldüyünü qeyd edib: "Bizim ölkəmizdə antiterror əməliyyatı davam edir. Mən hüquq mühafizə orqanlarına və orduya xəbərdarlıqsız atəş açmaq əmri vermişəm".
Tokayev həmçinin bildirib ki, Almatıda terrorçular yüzlərlə qazaxıstanlını öldürüb.
Qeyd edək ki, KTMT ölkələrinin göndərdiyi sülhməramlı qüvvələr, xüsusən də Rusiyanın xüsusi seçilmiş hərbçiləri Qazaxıstan silahlıları ilə birgə şəhərdə təmizləmə işləri aparır.
Ağarza Elçinoğlu