Hindistanın şərqindəki Qərbi Benqal əyalətində Quvahati-Bikaner marşrutu ilə hərəkət edən sərnişin qatarı qəza törədib.

"Unikal" xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Qatarın azı beş vaqonu relsdən çıxıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Hazırda xilasetmə əməliyyatı aparılır. Qurbanların sayının arta biləcəyi istisna deyil.