Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın işi üzrə məhkəmə iclası dünən gərgin şəraitdə keçib.
"Unikal" xəbər verir ki, məhkəmə iclasında S.Sarkisyanın vəkili Amram Makinyan Serqo Karapetyana mümkün təzyiqlər, qanunsuz təsirlər məsələsini qaldırıb.
Qeyd edək ki, Serj Sarkisyan Serqo Karapetyanın ifadəsinə görə ittiham edilir.
Məhkəmə iclasında mütəmadi olaraq qarşıdurmalar yaşanıb.
İclasda Ermənistan Respublikasının üçüncü prezidenti çıxış edərək cinayət işinin siyasi sifariş olduğunu, hazırkı Prokurorluğun nümayəndəsi tərəfindən əzmlə icra edildiyini qeyd edib. Bundan sonra prokuror Martirosyan buna etiraz edib.
Onu da deyək ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər arasında eks-prezident Serj Sarkisyandan başqa, nazir müavini Samvel Qalstyan və biznesmen Barseq Beqlaryan da var.
Ağarza Elçinoğlu