Türkiyə və Ermənistanın münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada keçirilən ilk görüş başa çatıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, danışıqlar 1,5 saat çəkib.
Görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması müzakirə olunub.
***13:06
Türkiyə və Ermənistan xüsusi nümayəndələri ilk görüş üçün Moskvada Rusiya Xarici İşlər Nazirliyinə gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Ermənistan-Türkiyə dialoq prosesində Ermənistanın xüsusi nümayəndəsi Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan, Türkiyənin nümayəndəsi isə Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçdır.