Ukraynada Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Təhsil Nazirliyi kimi dövlət qurumlarına məxsus internet saytları hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko açıqlama verib. Onun sözlərinə görə, hücum nəticəsində veb saytlara daxil olmaqda çətinlik yaşanıb. Lakin məsələ qısa zamanda həll edilib.
Kiberhücumun kim və ya kimlər tərəfindən həyata keçirildiyi məlum deyil.