"NATO şərqdə qoşunların təşkili və yerləşdirilməsinin genişləndirilməsi məsələsində güzəştə getməyəcək".
"Unikal" xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
"Biz indi Avropanın təhlükəsizliyi ilə bağlı kritik məqamdayıq. Rusiya ilə danışmalıyıq ki, bütün müttəfiqlərin yekdil mövqeyini ona çatdıraq. Əgər bu prinsipial məsələdirsə, heç bir güzəştə getməyəcəyik. Hər hansı bir ölkə NATO-ya üzvlüklə bağlı öz yolunu və qərarını seçmək hüququna malikdir”, - deyə, Stoltenberq ifadə edib.