Qazaxıstanda etiraz aksiyaları və zorakılıqlar səbəbindən yanvarın 5-də ölkə boyu elan edilmiş fövqəladə vəziyyət daha 4 rayonda ləğv edilib.
"Unikal" xəbər verir ki, Qazaxıstan Rəyasət Heyətinin verdiyi fərmana əsasən, yanvarın 14-dən Çimkent,Türküstan, Qaraqandı və Şərqi Qazaxıstan əyalətlərində fövqəladə vəziyyət rejimi dayandırılıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KGAC) Sülh Korpusunun yanvarın 6-da ölkəyə ezam olunmuş əsgərlərinin çıxarılması prosesi başa çatıb.
Dünən Rusiya əsgərlərini, bu gün isə Qırğızıstan, Belarus, Tacikistan və Ermənistan əsgərlərini daşıyan 10-dan çox təyyarənin Almatı Hava Limanından ölkələrinə doğru qalxdığı açıqlanıb.
Ölkədə həyat normallaşdığı üçün əvvəllər fəaliyyəti dayandırılmış ikinci dərəcəli banklar və valyutadəyişmə məntəqələri açılıb. İnternetə giriş məhdudiyyətləri tamamilə aradan qaldırılıb. Ticarət və əyləncə mərkəzləri, restoran və yeməkxanalar müştərilərinə xidmət göstərməyə başlayıb.
Xatırladaq ki, yanvarın 5-də maye qazın bahalaşması ilə başlayan və sonra bütün ölkəyə yayılan və zorakılığa çevrilən etirazlar səbəbindən ölkənin 3 böyük şəhəri və 14 əyalətində fövqəladə vəziyyət elan edilmişdi.