ABŞ-ın Nyu-Cersi ştatının Passaik şəhərində kimyəvi anbarda güclü yanğın baş verib.
"Unikal" “CBS New York”a istinadən xəbər verir ki, üçmərtəbəli bina cümə günü yerli vaxtla saat 20.30-da alovlanıb.
Şəhərin meri Hektor Lora anbarın yaxınlığında yaşayan bütün sakinləri evlərinin pəncərələrini bağlamağa çağırıb.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.