İran lideri Ayətullah Əli Xamneyinin rəsmi saytında general Qasım Süleymaninin öldürülməsi ilə bağlı animasiya yayımlanıb.

"Unikal" xarici KIV-ə istinadən xəbər verir ki, Xamneyinin sahibi olduğu “khamenei.ir” saytında İnqilab Keşikçiləri Ordusunun “Qüds” qüvvələrinin keçmiş komandanı Süleymaninin ölümünün ikinci ildönümünü qeyd etmək üçün keçirilən animasiya yarışmasında sui-qəsd planının Tramp tərəfindən hazırlandığını iddia edən animasiya qalib olub.

Müsabiqədə qalib gələn və İran liderinin rəsmi saytında yerləşdirilən animasiyada Trampın Floridadakı malikanəsində keçmiş dövlət katibi Mayk Pompeo və bir neçə şəxslə qolf oynayarkən iranlıların idarə etdiyi robotun malikanənin qazonunu sındırması və hadisələrin bundan sonra başladığı əks olunub.

Daha sonra ekranda ingilis dilində “Süleymaninin qətlini sifariş verən bədəlini ödəyəcək” mesajı görünür. Videonun sonunda ingilis və ərəb dillərində “İntiqam mütləqdir” mesajı verilir.

Ağ Ev rəsmisi Cen Psakin yayımlanan animasiya ilə bağlı geniş məlumata malik olmadığını bildirib.