İranın İsfahan şəhərində avtobusun qəzaya uğraması nəticəsində 18 nəfər yaralanıb.
"Unikal" "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, bunu şəhərin təcili yardım mərkəzinin nümayəndəsi Abbas Abedi bildirib.
Onun sözlərinə görə, hadisə yanvarın 15-də səhər saatlarında qeydə alınıb: “Hadisə yük avtomobilinin avtobusun arxa hissəsinə çarpılması nəticəsində baş verib”.
Yaralılar hospitala yerləşdiriliblər.