Belarusda sürəti 32 m/s-yə çatan güclü külək 450-dən çox yaşayış məntəqəsinə zərər vurub.

"Unikal" ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 427 yaşayış evinin, 66 sosial-mədəni obyektin, 20 istehsal və 602 kənd təsərrüfatı binasının damına zərər dəyib.

Ölkənin bəzi rayonlarında ağaclar qırılaraq, dəmir yollarının və elektrik naqillərinin üzərinə düşüb.