2022-ci ilin 31 dekabr tarixində Günəş sistemindəki 7 planet və Ay adi gözlə görünəcək.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin TÜBİTAK Milli Rəsədxanasının professoru Tuncay Özişıq iddia edib.
O qeyd edib ki, dekabr ayı ərzində planetlər səmanın eyni sahəsində cəmləşəcək:
“Xüsusilə ayın ikinci yarısından ilin son gününə qədər adi gözlə görülə bilən Merkuri, Venera, Mars, Yupiter və Saturn cənub-qərbdən şimal-şərqə doğru bir xətt üzərində müşahidə ediləcək. Həmçinin bu xətt üzərində Uran və Neptun planetləri də müşahidə olunacaq. Bunu təkcə dekabrın 31-də deyil, 2023-cü ilin ilk günlərində də görə biləcəyik”.