Somalinin formal olaraq şimal bölgəsi və faktiki olaraq tanınmamış Somaliland əyalətinin vitse-prezidenti Abdirxaman Abidlahi İsmayıl quraqlıq səbəbindən bütün ərazidə fövqəladə vəziyyət elan edib.
"Unikal" xəbər verir ki, səlahiyyətlilərin bəyanatında quraqlığa səbəb kimi yağışlı mövsümdə yağıntıların az olması, bölgənin su ehtiyatlarının və otlaq sahələrinin quruması səbəb olduğu göstərilib.
Quraqlığa görə köməyə ehtiyacı olan yerli sakinlərin sayı hazırda təxminən 810 min nəfərdir, lakin səlahiyyətlilərin məlumatına görə, yaxın aylarda bölgədə 1,2 milyondan çox insan çətin vəziyyətdə qalacaq.
Ağarza Elçinoğlu