İranda ötən sutka ərzində 18 nəfər koronavirusdan (COVID-19) ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 044 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1 322 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 218 741 nəfərə çatıb.