Küveytin Mina əl-Əhmədi neft emalı zavodunun qaz mayeləşdirmə qurğusunda texniki xidmət zamanı baş verən yanğın nəticəsində iki fəhlə həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Küveyt Milli Neft Şirkətinin məlumatında bildirilir. Şirkətin rəsmisi jurnalistlərə deyib ki, həyatını itirənlər Asiya mənşəli işçilərdir. Əl-Adan Xəstəxanasında müalicə olunan 5 yaralının vəziyyətinin ağır olduğundan onlar əl-Babtain hospitalına köçürülüb.
Məlumatda, həmçinin qeyd edilib ki, qəzanın baş verdiyi qurğu işlək vəziyyətdə olmadığından neft emalına və ixrac əməliyyatlarına ciddi ziyan dəyməyib.