Aparıcı Vüsalə Əlizadə "7 canlı" proqramında etdiyi açıqlaması ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, V. Əlizadə ölkədə yeni aparıcıların yetişməməsindən danışıb:
"Son illərdə peşəkar, doğru-düzgün, səlis, efirdə davamlı qala biləcək aparıcı yetişmir. Əziyyətdən irəli gəlir. Burada pul önəmli deyil. Savad, mütaliə, mədəniyyət, estetika önəmlidir. Gənc nəsil arxı hoppanmamış hop deyirlər. Bir aparıcı olmaq üçün biz nə qədər əziyyət çəkirik. İndi gəlirlər universiteti belə doğru-düzgün bitirmir. İki dəqiqə tələffüsünü idarə edib mətn oxumaq qabiliyyəti yoxdur. Yaxşı aparıcı yaxşı müxbir, redaktor olmalı, inşa yazmaq qabiliyyəti olmalıdır".