“Twitter” sosial media platforması ABŞ prezidenti Donald Trampı təhdid edən yazı ilə çıxış edən İran lideri Ayətullah Əli Xameneinin hesabını bağlayıb.
"Unikal" xəbər verir ki, İran lideri Xameneinin “ xameneisite ” adlı rəsmi internet səhifəsi İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə göstəriş verən ABŞ-ın keçmiş prezidenti Trampın öldürülməsini əks etdirən animasiya paylaşıb.
Bundan sonra onun “xameneisite” adlı rəsmi internet səhifəsinin istifadəsi dayandırılıb.
Lakin "Twitter" bir çox dillərdə hesabı olan Xamneyinin digər hesabları bağlamayıb.
Gülayə Mecid