ABŞ-ın keçmiş prezidenti Donald Tramp yanvarın 29-da Texasda tərəfdarları üçün mitinq keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"ABŞ-ın 45-ci prezidenti olan prezident Donald Tramp 29 yanvar 2022-ci il şənbə günü CET saat 19:00-da Texas ştatının Konro şəhərində mitinq keçirəcək", -deyə qeyd olunub.
Bununla yanaşı, keçmiş prezidentin növbəti mitinqi Arizonada baş tutacaq. Tramp mitinqi Kapitoliyə hücumun ildönümü ilə bağlı keçirəcəyini bildirib.