Ukraynanın paytaxtı Kiyevdə beynəlxalq hava limanında partlayıcı qurğunun olması barədə məlumatlara görə sərnişinlər təxliyə edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bomba həyəcanı anonim zəngdən sonra verilib.
Qeyd edək ki, bundan əvvəl də hava limanında partlayıcı qurğunun olması ilə bağlı bir neçə məlumat yayılıb. Yoxlamalar zamanı onların hər birinin yalan olduğunu təsdiqlənib.