Yaponiyada sunami xəbərdarlığı verilib.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, sunaminin hündürlüyü 3 metrə çata bilər. Bildirilib ki, hündürlüyü 1 metrə çatan dalğalar Yaponiyanın bütün Sakit okean sahillərini su altında qoyacaq.
Bundan əlavə, hündürlüyü 0,2 metrə çatan sunami Tokio körfəzini vura bilər.