Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq.
"Unikal"ın məlumatına görə, bunu "Belarus-2" telekanalının efirində KTMT-nin baş katibi Stanislav Zas deyib.
"Demək olar ki, bir həftə ərzində bütün bölmələr, bütün şəxsi heyət daimi dislokasiya məntəqələrinə qaytarılacaq. Və əgər hava şəraiti əlverişli olarsa, o zaman Rusiya Müdafiə Nazirliyinin planına əsasən, yanvarın 19-dək hər kəsin daimi dislokasiya məntəqələrinə qaytarılması planlaşdırılır", - deyə S.Zas bildirib.