Bu gün Almaniyanın bir neçə şəhərində koronavirus məhdudiyyətlərinə və məcburi peyvənd olunmaya qarşı nümayişlər keçirilib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə polisin yaydığı məlumatda bildirilib.
Hamburqda isə 3 min nəfər küçələrə çıxaraq etirazlarını ifadə ediblər.
Osnabrükdə 1,5 minə yaxın, Düsseldorfda aksiyalarda 2,5 min, Furthdə 1,5 min, Münhendə min nəfər hakimiyyətin pandemiya ilə bağlı siyasətinə etiraz edib.
Aksiyalar zamanı heç bir ciddi insident qeydə alınmayıb.
Qeyd edək ki, Almaniyada dekabrın sonundan bu səpkili müntəzəm etiraz aksiyaları keçirilir. Əks-kəşfiyyat İdarəsinin rəhbəri Tomas Haldenvanqın sözlərinə görə, bu cür etiraz aksiyalarının iştirakçıları getdikcə daha radikallaşır.