ABŞ-ın dövlət katibi Entoni Blinkenlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığının gedişində NATO-Rusiya Şurasının iclasından sonra atrılacaq qarşılıqlı addımlar müzakirə edilib. Dövlət Departamentindən bildirilib ki, ABŞ və NATO Rusiya ilə yeni görüş keçirməyə hazırdır.
“Dövlət katibi Entoni Blinken yanvarın 12-də keçirilən NATO-Rusiya Şurasının iclasından sonra gələcək addımları müzakirə etmək üçün NATO-nun Baş katibi Yens Stoltenberqlə danışıb. Birləşmiş Ştatlar və NATO Rusiya ilə yenidən görüşməyə, diplomatik fəaliyyəti və qarşılıqlı dialoqu davam etdirməyə hazırdır”, - deyə ABŞ-ın xarici siyasət qurumunun mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında bildirilir.