Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlar aparacaq.
"Unikal" bu barədə “Rossiya 1” telekanalına istinadən xəbər verir.
Məlumata görə, danışıqlar gələn həftə Moskvada baş tutacaq.
Bundan əlavə, dövlət başçısının Rusiya Təhlükəsizlik Şurasının iclası, şəxsi görüşləri və beynəlxalq telefon danışıqları planlaşdırılıb.