Almatıda kütləvi iğtişaşlar zamanı 149 mülki şəxs və hüquq-mühafizə orqanlarının 11 əməkdaşı ölüb.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə şəhər polis departamentinin rəisi Kanat Taymerdenov bildirib.
Kanat Taymerdenov iğtişaşlar zamanı şəhərdəki morqlara 7 hücum olduğunu, 41 meyitin oğurlandığını da açıqlayıb: “Onlar ölüləri morqda qoymayıb, yaralıları da özləri ilə götürüblər. Morqlardan 41 meyit oğurlanıb”.
Qeyd edək ki, dünən Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ümumilikdə 225 nəfərin öldüyünü açıqlayıb.