Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 136 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 364 min 426 nəfərin test edildiyi, 54 min 100 nəfərin testinin pozitiv nəticə verdiyi, 68 min 895 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.