Malinin qiyam nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış prezidenti İbrahim Bubakar Keyta paytaxt Bamakoda vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə sabiq prezidentin ailə üzvləri məlumat yayıb.
Bu gün səhər saat 09.00 radələrində vəfat edən 77 yaşlı İ. B. Keytanın ölümünün səbəbi açıqlanmayıb. İ. B. Keyta ölkəni 2013-2020-ci illərdə idarə edib.
Qeyd edək ki, 18 avqust 2020-ci ildə Bamako yaxınlığındakı hərbi bazada qiyam başlayıb və qiyamçılar prezidentlə birgə Baş nazir Bubu Sisseni saxlayıblar. Daha sonra İ. B. Keyta istefa verdiyini, parlament və hökuməti buraxdığını elan edib.