ABŞ Prezidenti Co Bayden Texas ştatındakı sinaqoqda insanların girov götürülməsini “terror aktı” kimi xarakterizə edib.
"Unikal" xəbər verir ki, o, oxşar hadisələrin təkrarlanmaması üçün ədliyyə naziri Merrik Harlandla danışdığını da qeyd edib.
“Bu bir terror aktıdır”, - deyə Bayden jurnalistlərə bildirib.
Qeyd edək ki, bu gün bir nəfər Texasdakı sinaqoqda 4 nəfəri girov götürüb. Xüsusi təyinatlılar girovları azad edərkən, girov götürəni güllələyib.