Peruda Tonqa adaları yaxınlığında sualtı vulkanın püskürməsindən sonra Sakit okean sahillərində yaranan sunami dalğaları insan tələfatına səbəb olub.
"Unikal" xəbər verir ki, bu barədə yerli RPP radiosu məlumat yayıb.
Məlumata görə, sunami nəticəsində iki nəfər boğularaq ölüb.
Yanvarın 15-də Tonqada Hunqa Haapai vulkanının püskürməsi nəticəsində sunami baş verib. Bu səbəbdən Sakit okean adalarında təxliyələr aparılıb. Amerika Samoasında böyük dalğalar səbəbindən Savayi adasındakı kəndlərdən yüzdən çox ailə evakuasiya edilib.