Qazaxıstanın Almatı şəhərində antiterror əməliyyatı başlayandan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 601 nəfəri saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə "TASS" İnformasiya Agentliyi yayıb.
"Antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz əməllərin, talanların və digər cinayətlərin ümumilikdə 2 601 iştirakçısı saxlanılıb. Ümumilikdə 127 odlu silah və 4 077 döyüş sursatı götürülüb", - deyə bildirilib.