Ermənistanda son sutkada daha 168 nəfərdə COVID-19 aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayaraq bununla da Ermənistanda virusa yoluxanların sayının 347 785-ə çatdığını bildirib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 8 020-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 516 nəfərdir. İndiyədək 333 655 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 594 aktiv koronavirus xəstəsi var.