Nigeriyanın Kebbi əyalətində silahlıların hücumu nəticəsində 50 nəfər həlak olub.
"Unikal" xarici KİV-ə istindaən xəbər verir ki, hadisə Dankade kəndində baş verib. Belə ki, onlarla silahlı şəxsin kəndə hücumu nəticəsində əsgərlər və polislərlə arasında qarşıdurma yaranıb.
Qarşıdurmadan sonra silahlıların hücumu nəticəsində 2-si əsgər olmaqla 50 nəfər həlak olub.
Çox sayda insanın yaralandığı hücumda onlarla ev uçub, çoxlu mal-qara tələf olub.