Dünya İqtisadi Forumu onlayn formatda öz işinə başlayıb.
"Unikal" xəbər verir ki, iclasda bir çox ölkədən siyasətçilər, alimlər, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Yanvarın 17-21-də İsveçrənin Davos şəhərində keçirilməsi planlaşdırılan “Davos Sammiti” kimi tanınan Dünya İqtisadi Forumu (WEF) koronavirusun "Omikron" variantının sürətlə yayılması səbəbindən 2022-ci ilin yayına təxirə salınıb.
Konfransda Çin prezidenti Si Cinpin, BMT-nin Baş katibi Antonio Quttereş, Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula von der Leyen, Hindistanın Baş naziri Narenda Modi, İsrailin Baş naziri Naftali Bennet, Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol və ÜST-nin baş direktoru Tedros Adhanom Qhebreyesus əsas məruzəçi qismində iştirak edəcəklər.