Hər bölümdə gələcək həyat hekayələrindən bəhs edən "The Simpsons" cizgi filmi bu dəfə də diqqət çəkib.
"Unikal" xəbər verir ki, ABŞ istehsalı olan cizgi filmdə koronavirus pandemiyasının bitmə tarixi açıqlanıb. Belə ki, "The Simpsons"da 2019-cu ilin noyabrında Çinin Vuhan əyalətində meydana gələn və qısa zamanda dünyaya yayılan Koronavirus pandemiyasının bu il - yəni 2022-ci ildə sona çatacağı ifadə olunub.
Qeyd edək ki, "The Simpsons" daha çox gələcəkdən xəbər verən cizgi filmi kimi də məşhurdur. Bundan əvvəl də, cizgi filminin bəzi bölümlərində ABŞ-da 11 sentyabr terror aktı, Trampın prezidentlik dövrü, Ebola virusu və dünyadakı bir sıra qlobal problemlər haqqında məlumat verilib.
Koronavirusun meydana gəlməsi də bölümlərin birində ifadə olunmuşdu. Belə ki, Çindən gələn bir qutunun içində virus aşkarlanır. COVID-19 adını daşıyan virus bütün dünyaya yayılır.
Gülayə Mecid