Əfqanıstanda 5,6 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ yerli vaxtla 11.40-da qeydə alınıb. Zəlzələnin episentri Əfqanıstanın Bağdis əyalətinin mərkəzi Qalai-Nau şəhərindən 40 kilometr şərqdə, Heratdan 141 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.