İndoneziyanın Kalimantan adasının cənub-şərqində olacaq yeni paytaxtın adı Nusantara (arxipelaq – Tərcümə) adlandırılacaq.
"Unikal" xəbər verir ki, bunu ölkənin paytaxtının köçürülməsi məsələsi ilə bağlı hökumətin iclasında milli inkişaf planlaşdırma naziri Suharso Monoarfa bildirib. Onun sözlərinə görə, bu ad İndoneziyadan kənarda geniş şəkildə tanınır və dövləti qısaca arxipelaq kimi xarakterizə edir.
Qeyd edək ki, Prezident Vidodo 2019-cu ildə İndoneziyanın paytaxtını Cakartadan köçürmək barədə planlarını açıqlayıb. Bu məqsədlər üçün 32 milyard dollara yaxın vəsait ayrılıb, lakin koronavirus pandemiyası ilə əlaqədar layihə dayandırılıb, iki ildən sonra yenidən bərpa olunması planlaşdırılır. İndoneziya 18 min adadan ibarət dünyanın ən böyük arxipelaqında yerləşir.