Əfqanıstanın qərbində yerləşən Bədğis əyalətinin Qədis qəzasında baş verən zəlzələ nəticəsində 12 nəfər ölüb.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, qəzanın qubernatoru Məhəmməd Saleh Purdelin bildirib ki, həmin şəxslər yaşayış evlərinin dağılması nəticəsində dünyasını dəyişiblər.

ABŞ Geologiya Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü 5,3 bal olub.