Dünya tarixindəki nadir daşlardan biri hesab olunan "Enigma" adlı qara brilyant ilk dəfə hərraca çıxarılacaq.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 555,55 əyyar olan brilyant 3-9 fevral tarixlərində "Sothebys" auksion evi tərəfindən Dubayda nümayiş olunacaq. 

20 ildən çox şəxsi kolleksiyaların birində saxlanan "Enigma" yüksək ödəniş və ya kriptovalyuta qarşılığında yeni sahibinə təqdim ediləcək.

Qeyd edək ki, brilyant emaldan əvvəl (1999-2000) 800 əyyar idi.