Böyük Britaniya Ukraynaya tank əleyhinə silahlar tədarük edib.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uollas məlumat verib.
Uolles parlamentə bildirib ki, ilk sistemlər artıq bazar ertəsi təhvil verilib və az sayda britaniyalı personal qısa müddət ərzində Ukrayna ordusuna təlim keçəcək.
O, göndərilən silahların sayını və növünü açıqlamayıb: "Onlar strateji silah deyil və Rusiya üçün heç bir təhlükə yaratmır. Bu silahlar özünümüdafiə məqsədilə istifadə olunur".