Türkiyənin mərkəzi hissəsində zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 592 min nəfər əhalisi olan Kayseri şəhərindən 52 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 1 km dərinlikdə olub.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.