Böyük Britaniyanın müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqunu Londona dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

“Mən rusiyalı həmkarım Sergey Şoyqunu yaxın bir neçə həftə ərzində Londona səfərə dəvət etmişəm. Biz ümumi təhlükəsizlik problemlərini müzakirə etməyə hazırıq", - Uolles deyib. 

Uolles qeyd edib ki, Rusiya-NATO Şurası NATO-nun Avro-Atlantik təhlükəsizlik məsələlərinin geniş spektri üzrə Rusiya ilə dialoqa hazır olduğunu nümayiş etdirib.

Ağarza Elçinoğlu