Meksikanın şimal-qərbində, Aşağı Kaliforniya ştatında daha bir jurnalist öldürülüb.
"Unikal" xəbər verir ki, fotojurnalist işləyən Marqarito Martinez Tijuana şəhərində evinin qarşısında avtomobili ilə hücuma məruz qalıb. Hadisə nəticəsində Martinez başından güllə yarası alaraq həyatını itirib.
Əraziyə polis cəlb olunub. Onun ölümü ilə bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.
Bildirək ki, Beynəlxalq media təşkilatlarında çalışan 49 yaşlı Martinezin 10 ildir ki, yüksək səviyyəli cinayət fəaliyyətləri də daxil olmaqla , polis mənbələri və hesabatları üzərində işləyirmiş.
Gülayə Mecid